Bia.Az

Azərbaycanlı iş adamı Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürdü

İqtisadiyyat
 25-03-2021, 14:06     56

Sonuncu sövdələşmə nəticəsində azərbaycanlı iş adamı Nəsib Həsənov “Caucasus online” (“Qafqaz online”) provayderinin 100%-lik sahibi olub. Virtualaz.org bildirir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

“Business Formula” xəbər verir ki, “Caucasus online” əsas internet rabitə kanalının sahibi Xviç Makasariya nəzarət payını (51%) Azərbaycanın “Nexol Holding” şirkətinə satıb. Səhmlərin 49% -i isə hələ 2019-cu ildə Azərbaycan şirkətinin əlinə keçmişdi.

Və bu halda müqavilə Milli Rabitə Komissiyası ilə razılaşdırılmamışdı, buna görə tənzimləyici bir neçə dəfə şirkətdən səhmləri əvvəlki vəziyyətinə qaytarmasını xahiş etmişdi.

Sonuncu sövdələşmə nəticəsində isə azərbaycan iş adamı Nəsib Həsənov 100% “Caucasus online” şirkətinin sahibi olub.скачать dle 12.1