Bia.Az

Avtomobilin idxal dəyəri: Azərbaycan və Almaniya

İqtisadiyyat
 10-03-2021, 10:27     71

İqtisadçı Rövşən Ağayev Azərbaycan və Almaniya gömrük orqanlarının 2019-cu il statistikasına nəzər salaraq avtomobil idxalı üzrə müqayisə aparıb. 

Novator.az-ın məlumatına görə, ekspert benzinlə işləyən avtomobilləri nümunə seçib:

mühərrikinin həcmi 1000 kubsantimetrdən çox olmayan minik avtomobillərinin orta idxal dəyəri Azərbaycanda 11179 dollar, Almaniyada 6477 dollardır;

mühərrikinin həcmi 1000-1500 kubsantimetr intervalında olan minik avtomobillərinin orta idxal dəyəri Azərbaycanda 4359 dollar, Almaniyada 3000 dollardır;

mühərrikinin həcmi 1500-3000 kubsantimetr intervalında olan minik avtomobillərinin orta idxal dəyəri Azərbaycanda 22463 dollar, Almaniyada 49395 dollardır;

mühərrikinin həcmi 3000 kubsantimetrdən çox olan minik avtomobillərinin orta idxal dəyəri Azərbaycanda 183020 dollar, Almaniyada 199703 dollardır.

Ekspert statistikanın təhlilində iki məqama diqqət çəkir: “Ucuz avtomobillərdə Azərbaycanın gömrük dəyəri daha yuxarı, bahalı avtomobillərdə daha aşağıdır. Dəyəri 200 min dollar ətrafında olan, benzinlə işləyən minik avtomobillərinin sayı ümumi idxal edilmiş avtomobillərin 3 faizinə bərabərdir, amma onların idxal dəyərində xüsusi çəkisi 30 faizə yaxın olub.

Almaniya gömrüyündə aşağı dəyərlə (3-7 min dollar) intervalında) rəsmiləşdirilən avtomobillər isə bütün idxalın say etibarilə 40 faizini, dəyər etibarilə 9 faizini təşkil edib”.
скачать dle 12.1