Bia.Az

İqtisadi azadlıq: Azərbaycan əsasən azad ölkədir

İqtisadiyyat
 6-03-2021, 13:16     521

İqtisadi azadlıq indeksi açıqlanıb. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Heritage” (İrs) fondunun tərtib etdiyi reytinqdə ölkələr beş qrupa bölünür: azad; əsasən azad; qismən azad; əsasən qeyri-azad; qeyri-azad.

Hesabatda azad ölkələr belə sıralanır: Sinqapur, Yeni Zelandiya, Avstraliya, İsveçrə, İrlandiya.

178 ölkəlik reytinqdə Estoniya (8-ci yer), Gürcüstan (12), Litva (15), Latviya (30), Ermənistan (32), Qazaxıstan (34) və Azərbaycan (38) əsasən azad ölkələr cərgəsinə salınıb.

Türkiyə (76-cı yer), Qırğızıstan (78), Moldova (85), Rusiya (92) və Belarus (95) qismən azad ölkələr siyahısında göstərilir.

Özbəkistan (108-ci yer), Ukrayna (127) və Tacikistan (134) əsasən qeyri-azad ölkələr arasında qərar tutub.

Türkmənistan (167-ci yer) və İran (168) qeyri-azad ölkələr sayılır.
скачать dle 12.1