Bia.Az

Ölüm halları 35,7 faiz artıb

İqtisadiyyat
 18-02-2021, 11:04     409

Azərbaycan əhalisinin sayı 2021-ci il yanvarın 1-nə 10 milyon 119 min 133 nəfər olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 22,7 faizi Bakı şəhərində, 20,4 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 6,8 faizi Yuxarı Qarabağ, 6,2 faizi Şəki-Zaqatala, 5,7 faizi Abşeron, 5,5 faizi Quba-Xaçmaz bölgələrində, 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 3,2 faizi Dağlıq Şirvan, 2,6 faizi Kəlbəcər-Laçın regionlarında qeydiyyatdadır.

Hesabata əsasən, 2020-ci ildə 126571 doğum, 75647 ölüm halı, 35348 nikah, 14628 boşanma rəsmiləşib, 1669 nəfər daimi yaşamaq üçün ölkəyə gəlib, 568 nəfər ölkəni tərk edib.

2019-cu illə müqayisədə doğum 11,2 faiz, nikah 45,3 faiz, boşanma 11,8 faiz azalıb, ölüm halları 35,7 faiz artıb. Əhalinin təbii artımı (doğulanlar və ölənlərin nisbəti) üzrə 41,4 faiz geriləmə var.скачать dle 12.1