Bia.Az

Naxçıvanda orta maaş, başqa göstəricilər

İqtisadiyyat
 13-02-2021, 11:59     488

Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi yeni sosial-iqtisadi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2021-ci ilin yanvarında muxtar respublikada 175,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da ötən ilin ilk ayına nəzərən müqayisəli qiymətlər üzrə 0,3 faiz çoxdur.

Adambaşına ümumi daxili məhsul 380,9 manat göstərilir.


2020-ci ilin yanvar ayı ilə müqayisədə sənayedə 0,9 faiz, kənd təsərrüfatında 3,3 faiz (hər iki sahədə müqayisəli qiymətlər üzrə), sərmayə qoyuluşunda 1,1 faiz, informasiya və rabitə xidmətlərində 9,8 faiz yüksəlişin qeydə alındığı vurğulanır.


Qeyd olunur ki, nəqliyyat sektorunda yük daşınması 2020-ci ilin yanvar ayına nəzərən 0,6 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 3,5 faiz (sonuncu iki sahədə müqayisəli qiymətlər üzrə) geriləyib.


2020-ci ilin yanvarı ilə müqayisədə xarici ticarət dövriyyəsində 2,8 faiz, idxalda 11,7 faiz azalmanın, ixracda 0,5 faiz artımın qeydə alındığı bildirilir.


Hesabata əsasən, 2021-ci il yanvarın 1-nə muxtar respublika iqtisadiyyatında orta aylıq əməkhaqqı 535,8 manat olub.
скачать dle 12.1