Bia.Az

Yenə azalma, yeni azalma - Dövlət Statistika Komitəsi

İqtisadiyyat
 12-02-2021, 08:58     433

Dövlət Statistika Komitəsi ümumi daxili məhsul (ÜDM) istehsalı barədə hesabat yayıb. Rəsmi açıqlamaya görə, 2021-ci ilin yanvarında Azərbaycanda 6 milyard 256,8 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz az ümumi daxili məhsul istehsal olunub, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 faiz düşüb, qeyri neft-qaz sektorunda 0,1 faiz yüksəlib.

Əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manat göstərilir.

Novator.az bildirir ki, 1995-ci ildə ÜDM əvvəlki ilə nisbətən 11,8 faiz geriləyib.

1996-cı ildən ümumi daxili məhsulun həcmi artıb.

20 ildən sonra ilk tənəzzül 2016-cı ilə düşüb: ÜDM istehsalı 2015-ci ilə nisbətən 3,1 faiz azalıb.

2017-ci ildə 0,2 faizlik, 2018-ci ildə 1,4 faizlik, 2019-cu ildə 2,2 faizlik artım rəsmiləşib.

2020-ci ildə ÜDM istehsalı 2019-cu illə müqayisədə 4,3 faiz düşüb.


BİA.AZ
скачать dle 12.1