Bia.Az

İşçi və maaş statistikası - Dövlət Statistika Komitəsi ACIQLAYIB

İqtisadiyyat
 10-02-2021, 01:18     547

Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 691,8 min nəfər olub, onların 910,8 min nəfəri dövlət sektorunda, 781 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Orta aylıq nominal əməkhaqqı 707,3 manat göstərilir.

Novator.az-ın məlumatına görə, 2010-cu ilin əvvəlinə orta maaş 298 manat, 2011-ci ilin əvvəlinə 331,5 manat, 2012-ci ilin əvvəlinə 364,2 manat, 2013-cü ilin əvvəlinə 396 manat, 2014-cü ilin əvvəlinə 420,5 manat, 2015-ci ilin əvvəlinə 444,3 manat, 2016-cı ilin əvvəlinə 464,4 manat, 2017-ci ilin əvvəlinə 498,6 manat, 2018-ci ilin əvvəlinə 528,2 manat, 2019-cu ilin əvvəlinə 544,1 manat, 2020-ci ilin əvvəlinə 634,8 manat həddində rəsmiləşib.

BİA.AZ

скачать dle 12.1