Bia.Az

Orta maaş göstəriciləri ACIQLANIB

İqtisadiyyat
 8-02-2021, 12:10     426

2021-ci il yanvarın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artıb. Novator.az bildirir ki, 2020-ci il yanvarın 1-nə 634,8 manatlıq orta maaş qeydə alınmışdı. 11,4 faiz artımla orta maaş 707,2 manat məbləğində rəsmiləşir.

2020-ci il fevralın 1-nə orta maaş 712,1 manat, martın 1-nə 712,3 manat, aprelin 1-nə 744,5 manat, mayın 1-nə 736,2 manat, iyunun 1-nə 728,9 manat, iyulun 1-nə 720 manat, avqustun 1-nə 715,4 manat, sentyabrın 1-nə 710,2 manat, oktyabrın 1-nə 706,6 manat, noyabrın 1-nə 704,5 manat, dekabrın 1-nə 703,5 manat göstərilmişdi.

Əvvəlki illərə gəlincə, 2006-ci ilin əvvəlinə orta maaş 117,9 manat, 2007-cı ilin əvvəlinə 141,3 manat, 2008-ci ilin əvvəlinə 214 manat, 2009-cu ilin əvvəlinə 268 manat, 2010-cu ilin əvvəlinə 298 manat, 2011-ci ilin əvvəlinə 331,5 manat, 2012-ci ilin əvvəlinə 364,2 manat, 2013-cü ilin əvvəlinə 396 manat, 2014-cü ilin əvvəlinə 420,5 manat, 2015-ci ilin əvvəlinə 444,3 manat, 2016-cı ilin əvvəlinə 464,4 manat, 2017-ci ilin əvvəlinə 498,6 manat, 2018-ci ilin əvvəlinə 528,2 manat, 2019-cu ilin əvvəlinə 544,1 manat olub.


скачать dle 12.1