Bia.Az

AMB depozit hərracında 100 mln. manat cəlb edib

İqtisadiyyat
 10-03-2020, 13:35     516

AMB depozit hərracında 100 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, martın10-da Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 268 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.скачать dle 12.1