Bia.Az

Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük, müasir sənaye mərkəzidir - İQTİSADCI

İqtisadiyyat
 21-01-2021, 22:33     451

Hər bir azərbaycanlı kimi, son zamanlar ən sevdiyim televiziya kanalı dövlət kanallarımız, dünyada ən çox sevdiyim lider ölkə başçımız, səbirsizliklə izlədiyim və hər bir kəlamını dinlədiyim şəxs yenə də böyük lider cənab Prezident İlham Əliyevdir. Ümummili Liderin bütün siyasi fenomenal xarakterlərini özündə cəmləşdirən, müasir zamanın tələbləri üçün daha da mükəmməl inkişaf edən Dövlət Başçımızın gündəlik fəaliyyətinə diqqət yetirən hər bir kəs anlayır ki, bu daha şəxsiyyətin olduqca böyük davamçısıdır. Ölkənin inkişafı və dünyada Azərbaycanın layiqli yer tutması üçün gecəsini gündüzünə qatan, amma diqqətindən heç bir sahəni kənara qoymayan Prezidentimin fəaliyyətini ürəkdən bəyənir və dəstəkləyirəm.

   Böyük layihələrə rəhbərlik edən liderimiz, torpaqlarımızın bütövlüyünü təmin edən Ali Baş Komandanız haqqında günlərlə danışmaq olar. Diqqət yerin ölkəmizdə Yyni müəssisələrin yaradılması faktdır və təsadüfi deyil ki, hər bir təməlqoymada işitrak edir. Bu gün hər bir kəs bilir ki, yaradılan müəssisələrin təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var. Sonuncu dəfə Sumqayit səfəri zamanı təməlqoymada iştirak edən prezident qeyd etmişdir ki, Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir.

   Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır. Sovet vaxtı tikilmiş və istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində  10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır.

   Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın  valyuta ehtiyatları az da olsa, artıb. 2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub.  Sənaye, kənd təsərrüfatı və  qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni  iqtisadi reallıq yaradıb. Bu böyük imkanlar və yeni tarixi erada yaşamaq böyük fəhər və məsuliyyət tələb edir hər kəsdən. Hər birimiz çiçəklənən Azərbaycan üçün gündəlik fəaliyyətimizdə dünyaya günəş kimi doğan Azərbaycanın daha böyük uğurlara imza atması üçün çalışmalıyıq.

 Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir.
Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi. Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

   Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib. Təsadüfi deyildir ki, Prezidentimiz Sumqayıta sonuncu səfəri zamanı bildirmişdir ki, yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır. Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaq. Bütün bunlar birmənalı şəkildə Azərbaycancanın daha da parlaq gələcəyinin, güclü iqtisadi potensialının olmasından bizlərə xəbər verir.

   Mən bu gün çox qürurla dünyanın istənilən nöqtəsində deyə bilərəm ki, mən Azərbaycanlıyam! Bu olduqca gözəl bir emosional hissdir. Hər bir insana arzu edirəm ki, mənim kimi milli mənsübiyyəti ilə, milləti ilə, ölkəsi ilə, ölkə rəhbəri ilə mənim kimi bağlı olsun, bütün varlığı ilə onları sevsin və fəxr etsin!

Tural HÜSEYNLİ,
İqtisadcı, Nəsimi rayonu.


скачать dle 12.1