Bia.Az

Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlanıb

İqtisadiyyat
 2-12-2020, 12:50     116

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıblar.


UNEC-dən "Report"a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının adlarını və sayını açıqlayıb.

Ölkə Prezidenti çıxışında mütəxəssislərə həmin qiymətin hesablanması barədə də müraciət etdi.

UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri Prezidentin müraciətinə operativ reaksiya verərək, sadalanan hərbi texnikaların qiymətini hesablayıblar.
Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsndə Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.скачать dle 12.1