Bia.Az

1 saylı Xaçmaz Yol Sahəsinin sahə rəisi İlqar Allahverdiyev vətəndaşın mənzilini satmağa can atır - İddia

İqtisadiyyat / Cəmiyyət
 27-11-2020, 14:13     439

Qaynarxett.az-a daxil olan məlumata görə, Şabran Rayonu S. Bəhlulzadə küçəsində yaşayan Hüseynov Mircavad Mircəlil oğlu 1975- ci ildən 2014-cü ilə qədər AZƏRBAYCAN DƏMİR YOLLARI QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN  1 Saylı Xaçmaz yol Sahəsində yol çilingəri vəzifəsundə çalışmışdır. Həmin vaxtı onun evi olmadığı üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona yaşamaq üçün Şabran Şəhəri Xəlil Əhmədov küçəsi 117 saylı mənzildə yaşamaq üçün mənzil verilmişdir. Hal-hazırda o, əmək pensiyasına çıxdığı üçün və kimsəsiz (Həyat yoldaşı Allah Rəhmətinə getdikdən sonra) olduğu üçün oğlu Anarın himayəsində yaşayır. Lakin, bütün bunlara baxmayaraq, Mircavad kişi bu ağsaqqal vaxtındaözünə məxsus olan mənzildə yaşamaq istəyir. 

Qeyd edək ki, o, evi 2014-cü ilin əvvəlində İntiqam adlı bir şəxsə 2014-cü ilin axırınadək müvəqqəti yaşamaq üçün kirayəyəvermişdir. Həmin vaxt tamam olmayana qədər İntiqam adlı şəxs bizə məlum olmayan səbəbdən özünü asıb öldürmüşdür. Lakin bundan sonra, İntiqamın qardaşı HABİL həyasızcasına evə daxil olmuş və müxtəlif üsullarla şər və böhtan vasitəsi ilə evi Mircavadın əlindən almağa can atır və heç cür həmin evdən çıxmaq istəmir kiu, istəmir. O, son zamanlar guya, Mircavadın həmin evi onun Rəhmətlik qardaşına satdığını, gah da onun özünə satdığını söyləyir. Lakin, Mircavad nə Habildən, nə də onun Rəhmətlik qardaşı İntiqamdan heç bir məbləğdə pul görməmdiyini söyləyir. Eyni zamanda daMircavad kişinin   həmin evi oHabilə  heç vaxtı satmaq niyyəti olmadığını söyləyir. 

O, dəfələrlə həmin evə görə, Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı Xaçmaz Yol Sahəsinin sahə rəisi İlqar Allahverdiyevə bu haqda müraciət  etsə də, 1 saylı Xaçmaz Yol Sahəsinin rəisi İlqar Allahverdiyev həmin mənzilin nə vaxtsa Mircavad kişiyə verilməsi barədə adi bir arayış da vermir ki, verməyir.  

Bu haqda Mircavad kişi,  “Azərbycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri   Cavid Qurbanova, Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 1 saylı Xaçmaz Yol Sahəsinin sahə rəisi cənab İlqar Allahverdiyevə, eləcə də digər aidiyyəti orqanlara ərizə ilə müraciət etsə də hələ ki, ona heç kim köməklik etmək istəmir ki, istəmir. Mircavad kişinin yaxın qohumlarının dediyinə görə, İlqar Abdullayev həmin evi kimə isə satmaq niyyətindədir. Ona görə də ona heç kim köməklik etmək niyyətində deyildir. 

Deyəsən, İlqar Allahverdiyev Habilin həmin evdən çıxması üçün heç bir iş görmək niyyəti yoxdur. belə çıxır ki, İlqar Allahverdiyev həmin evi elə, Habilin özünə satmaq niyyətindədir.

MÖVZUNU DİQQƏT MƏRKƏZİNDƏ SAXLAYACAĞIQ.

BİA.az
скачать dle 12.1