Bia.Az

Dolların məzənnəsi 2 il yarımlıq minimumu yeniləyib

İqtisadiyyat
 23-11-2020, 17:24     382

Koronavirus (COVID-19) əleyhinə vaksinin satışa çıxarılması gözləntiləri ilə qlobal maliyyə bazarında ABŞ dollarının məzənnəsi 2 il yarımlıq minimumu yeniləyib.


“Report” bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ rəsmiləri peyvəndləmə işlərinə 3 həftədən də az müddətdə başlaya biləcəklərini bəyan ediblər. Son nəticədə "Bloomberg Dollar Spot" indeksi 2018-ci ilin yazından bəri ən aşağı səviyyəyə - 0,25-ə düşüb. Bu, ABŞ-ın dövlət istiqrazlarının illik gəlirliliyinin 3 faiz bəndi artaraq 0,86 %-ə çatmasına səbəb olub.

Qeyd edək ki, pandemiyanın başa çatması qlobal iqtisadi artımı stumullaşdıra, səhmlərə və digər daha riskli maliyyə alətlərinə investisiya qoyuluşuna təkan verə bilər. Bütün bunlar isə Amerika valyutasının mövqeyini sarsıdır.

ABŞ-ın investisiya bankı “Citigroup”un mütəxəssislərinin fikrincə, peyvəndlərin kütləvi tətbiqi qlobal istehsalı və ticarəti canlandırsa, gələn il ABŞ dolları 20 % dəyərdən düşə bilər. ABŞ-ın digər investisiya bankı - “Goldman Sachs"da isə hesab edirlər ki, Meksika və Cənubi Afrika da daxil olmaqla inkişaf etməkdə olan ölkələr ABŞ dollarının məzənnəsini azaltmağa üstünlük verir. Son nəticədə həmin ölkələrin daxili bazarlarında ABŞ dolları bu ilin mart ayından bəri orta hesabla 11 % ucuzlaşıb. Paralel olaraq qlobal səhm bazarındakı vəziyyəti əks etdirən MSCI indeksi isə mart ayındakı ən aşağı səviyyəsindən təxminən 60 % yüksəlib və bu gün rekord həddədir.

ABŞ dollarına qarşı təzyiqləri artıran həm də Co Baydenin prezident seçkilərindəki qələbəsi, azalan geosiyasi gərginlik və maliyyə təşviq gözləntilərinin artmasıdır. Üstəlik, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uzunmüddətli geniş pul siyasəti həyata keçirəcəyi, uçot dərəcələrini aşağı salacağı gözlənilir. Bu da ABŞ dollarından imtina ilə nəticələnir.скачать dle 12.1