Ermənistanın Gəncəyə atdığı raketlər nəticəsində dəymiş ziyan hesablanır
Ermənistan silahlı qüvvələrinin təcavüz siyasətkar nəticəsində Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın hesablanmasına başlanılıb.
Bu barədə "Report"un Qərb Mərkəzinə Gəncə şəhər üzrə İşçi Qrupunun rəhbəri Ədalət Əliyev məlumat verilib.
Onun sözlərinə görə, Gəncə şəhərində 2 000-dən çox fərdi yaşayış evinə və mənzilə, həmçinin 200-dən çox obyektə və çox sayda avtomobilə zərər dəyib: "Hazırda monitorinq aparılır, hesablanma işləri görülür".
Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 27-də başlatdığı sülhə məcburetmə əməliyyatı noyabrın 10-da zəfərlə başa çatıb.