Bia.Az

Trampın qərarı dolları bahalaşdırdı: Manatı nələr gözləyir?

İqtisadiyyat
 Bu gün, 17:49     43

Xəbər verdiyimiz kimiABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Yaponiya və Cənubi Koreya mallarına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Bu fonda dollar digər əsas valyutalara qarşı möhkəmlənib. Belə ki, dollar indeksi 0,48 faiz artaraq 97,65 bəndə çatıb.

Bu, dolların dünya bazarlarında qiymətinin artmasına səbəb ola bilərmi? Proses Azərbaycan manatına necə təsir edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, dünyada baş verən qlobal iqtisadi və siyasi proseslər səbəbindən dolların ucuzlaşması, yaxud bahalaşması təbii haldır:
eldeniz
Eldəniz Əmirov

“Bu, bazar qaydalarına uyğun prosesdir və dolların möhkəmlənməsi gözləniləndir. Yaponiya dünyanın böyük iqtisadiyyata sahib ölkələrindən biridir. Lakin dollarla bağlı hazırkı durumun manata təsirinin olub-olmayacağı sual doğurur. Fikrimcə, təsir etməyəcək. Çünki manatla dollar arasındakı münasibətlər tamamilə fərqli prinsiplər əsasında tənzimlənir. Beləliklə, dolların başqa valyutalara qarşı dəyər itirməsi və ya qalxması manat qarşısında hər hansı bir dəyişiklik demək deyil”.скачать dle 12.1