Bia.Az

Ölkəmizdə və Avropada kartof qiymətinin fərqi şok etdi

İqtisadiyyat
 21-04-2025, 11:07     582

Azərbaycanda yeni mövcümün başlamasına baxmayaraq, kartofun bahalığı ictimai müzakirələrə səbəb olub.
 
Sfera.az xəbər verir ki, hazırda bazarlarda kartofun qiyməti 1,7-2 manat arasında dəyişir və bunun ötən illə müqayisədə ikiqat baha olduğu bildirilir. Yeni kartof isə 4 manat civarındadır.
 
İqtisadçı Razi Abasbəyli Avropada kartofun qiymətini təqdim edib:
 
- Polşa - 0.24–0.49 avro (44-90 qəpik)
 
 
- Niderland - 0.27 avro (49 qəpik)
 
- Belçika - 0.175 avro (32 qəpik)
 
- İspaniya - 0.44–0.73 avro (0,79–1,31 manat)
 
- Ukrayna - 22–30 qrivna (0.93–1.27 manat).
 
Çexiya, Polşa, Estoniyada 1 kq kartofun satış qiyməti ortalama 0.80 AZN-dir.скачать dle 12.1