Seytanın ağlına gəlməyən büdcəmizin oğrularının ağlına gəlir... - FOTO

"Bu gün öyrənmişəm ki, dünyada Vanuatu adında bir ada dövlət varmış, Orxan Nəsibov adlı bir həmyerlimiz gedib oranın vətəndaşlığını alıb..."
BİA.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
O, daha sonra əlavə edib ki, "Orxan Nəsibov adlı bir həmyerlimiz gedib oranın vətəndaşlığını alıb, Azərbaycanda, İngiltərədə, ABŞ-da və Türkiyədə onlayn bank xidməti (pul köçürmələri) həyata keçirən şirkətlər yaradıb. Britaniyadakı şirkətinin aktivləri 14,5 milyon funt-sterlinq dəyərindədir.
Diasporla İş üzrə Dövlət Komitəmiz məlumat yayıb ki, həmyerlimizin qardaşına (Elxan Nəsibov) Britaniya paytaxtının “Freedom of the City of London” mükafatı verilib.
Redaksiyadan: Tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.