“Bakı Konqres Mərkəzi”ni bu şirkət təmir edəcək - MƏBLƏĞ

“Bakı Konqres Mərkəzi” MMC “Bakı Konqres Mərkəzi” MMC-nin çöl ərazisində daş döşəmənin təmiri və bərpa işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “Nord East Construction” MMC olub.
Qalib şirkətlə 246 250 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, “Bakı Konqres Mərkəzi” MMC bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.