Turizm Agentliyi muzeyin bədii-tərtibat işlərinə yarım milyon manatdan çox vəsait sərf edəcək
Şəki şəhəri “Yuxarı Baş” Dövlət Tarix Memarlıq Qoruğu ərazisində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin bədii-tərtibat işləri aparılacaq.
Dia-az.İnfo xəbər verir ki, Dövlət Turizm Agentliyi bununla bağlı hazırlıqlara başlayıb.
Muzeyin bədii-tərtibat işlərini "Vitam" şirkəti həyata keçirəcək.
Agentlik sözügedən işlərə görə şirkətlə 540 min manatlıq müqavilə bağlayıb.