Bia.Az

Dollar dayanacağı

İqtisadiyyat
 7-06-2024, 12:22     587

Mərkəzi Bank iyunun 7-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 6 il 3 ayı tamamlanıb.

2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb.
2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2024-cü ilin yanvar-may aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 17,8 milyon ABŞ dolları məbləğində vəsait satıb. Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard dollar göstərilib.



BİA.az
скачать dle 12.1