Bia.Az

Türkiyə: inflyasiya hesabatı yayılıb

İqtisadiyyat
 4-06-2024, 10:42     465

Türkiyənin Statistika Qurumu inflyasiya hesabatı yayıb. Açıqlamaya görə, mayda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 75,45 faiz artıb, 143 əsas mal, məhsul və xidmətin 114-də bahalaşma, 23-də ucuzlaşma qeydə alınıb, 6-da qiymət dəyişməyib.

Azərbaycan Mərkəzi Bankı iyunun 4-də 100 Türkiyə lirəsini 5 manat 28 qəpiyə satır. Bu, ilin siftəsindən 43 qəpik aşağı göstəricidir.

2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb.

Hazırda ABŞ dollarının rəsmi məzənnəsi 32,2 lirəni ötür. Türkiyənin Mərkəzi Bankı lirəni qorumaq üçün uçot dərəcəsini (banklara verilən borclar üzrə faiz dərəcəsi) 50 faiz müəyyən edib.


BİA.az
скачать dle 12.1