Bia.Az

Məşğulluq, işsizlik, pensiya

İqtisadiyyat
 25-05-2024, 13:52     450

2024-cü ilin ilk rübü Azərbaycanda 22,5 min yeni iş yeri açılıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bağlanan iş yerlərinin sayını 2,5 min göstərir.

Rəsmi açıqlamaya əsasən, mayın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 260,1 min nəfər olub, onların 4 milyon 973,1 min nəfəri məşğul şəxs kimi rəsmiləşib.

Aprelin 1-nə 1 milyon 748,9 min nəfərin muzdla çalışdığı, mayın 1-nə 209,1 min nəfərin işsiz kimi qeydiyyatdan keçdiyi bildirilir.

Hesabata görə, aprelin 1-nə ölkədə 1 milyon 97,3 min nəfər pensiyaçı olub. Bu, ilin əvvəli ilə müqayisədə 1,3 min nəfər çoxdur.

2010-cu ilə ölkədə 1 milyon 308,4 min, 2011-ci ilə 1 milyon 292,2 min, 2012-ci ilə 1 milyon 277,6 min, 2013-cü ilə 1 milyon 272,1 min, 2014-cü ilə 1 milyon 277,1 min, 2015-ci ilə 1 milyon 290,9 min, 2016-cı ilə 1 milyon 299,9 min, 2017-ci ilə 1 milyon 315,2 min, 2018-ci ilə 1 milyon 318,4 min nəfər pensiya alıb.

2019-cu ilə pensiyaçıların sayı 1 milyon 295,5 minə, 2020-ci ilə 1 milyon 270,6 minə, 2021-ci ilə 1 milyon 228,8 minə, 2022-ci ilə 200,5 minə, 2023-cü ilə 1 milyon 114,2 minə, 2024-cü ilə 1 milyon 96 minə enib.

Azərbaycanda minimum pensiya 280 manatdır.

Ölkədə kişilər 65, qadınlar 63 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (40320 manat) tələb olunur. 2006-cı il yanvarın 1-dən 2018-ci il iyulun 1-dək hər hansı məbləğdə pensiya kapitalı toplamış şəxsin sosial sığorta stajı avtomatik 25 il hesablanır, əks halda pensiya yaşı çatan şəxsə yaşa görə 220 manat aylıq müavinət verilir.

BİA.az
скачать dle 12.1