Bia.Az

BMT açıqladı: Gürcüstan 60-cı, Ermənistan 76-cı, Azərbaycan 89-cu sırada… - SİYAHI

İqtisadiyyat
 29-03-2024, 18:40     242

Azərbaycan BMT-nin ötən il üçün hazırladığı “İnsan inkişafı indeksi” hesabatında 193 ölkə arasında 89-cu yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, hesabatda Azərbaycanın indeksi 0,760 bal olaraq qiymətləndirilib. Bu indeksə əsasən, Azərbaycan orta inkişaf səviyyəsinə uyğun qiymətləndirilib.


Məlumat üçün bildirək ki, 1990-cı ildən etibarən hər il BMT tərəfindən nəşr edilən “İnsan inkişafı indeksi” dünya ölkələrində əhalinin rifah səviyyəsini göstərən hesabatdır.

Bu indeks insan inkişafının üç ölçüsünü özündə birləşdirir:


- Uzun və sağlam ömür (orta ömür uzunluğu əsasında hesablanır);
- Təhsil səviyyəsi (böyüklər arasında savadlılıq, həmçinin ibtidai, orta və ali məktəblərdə təhsil alanların say nisbəti əsasında hesablanır);
- Layiqli yaşayış standartları (alıcılıq qabiliyyəti pariteti, gəlir əsasında hesablanır).

“İnsan inkişafı indeksi”ndə ölkələr 0-1 balla qiymətləndirilir:


- 0,9 baldan yuxarılar inkişaf səviyyələri çox yüksək olan ölkələr;
- 0,8-0,9 bal arasında olanlar inkişaf səviyyəsinin yüksək olduğu ölkələr;
- 0,5- 0,8 bal arasında olanlar orta inkişaf səviyyəsinə malik ölkələr;
- 0,5 baldan az olanlar inkişaf səviyyəsinin aşağı olduğu ölkələr hesab olunurlar.

Azərbaycanla eyni regionda yerləşən ölkələrin “İnsan inkişafı indeksi”ndəki mövqeyi aşağıdakı kimi olub:

46-cı yer – Türkiyə – 0,855 bal
56-cı yer – Rusiya – 0,821 bal
60-cı yer – Gürcüstan – 0,814 bal
67-ci yer – Qazaxıstan – 0,802 bal
69-cu yer – Belarus – 0,801 bal
76-cı yer – Ermənistan – 0,786 bal
78-ci yer – İran – 0,780 bal
86-cı yer – Moldova – 0,763 bal
89-cu yer – Azərbaycan – 0,760 bal
94-cü yer – Türkmənistan – 0,744 bal
100-cü yer – Ukrayna – 0,734 bal
106-cı yer – Özbəkistan – 0,727 bal
117-ci yer – Qırğızıstan – 0,701 bal
126-cı yer – Tacikistan – 0,679 bal

“İnsan inkişafı indeksi”ndə ən yaxşı vəziyyət İsveçrəyə (0,967 bal) məxsus olub. İkinci sırada Norveç (0,966 bal), üçüncü sırada isə İslandiya (0,959 bal) yer alıb. İlk beşliyi HonKonq (0,956 bal) və Danimarka (0,952 bal) tamamlayıb.
İnsan inkişafı ilə bağlı hesabatda ən pis vəziyyət Somali (0,380 bal), Cənubi Sudan (0,381 bal) Mərkəzi Afrika Respublikası (0,387 bal), Niger (0,394 bal), və Çada (0,394 bal) məxsus olub.
скачать dle 12.1