Bia.Az

Bu şirkət 15,1 milyonluq tenderin - QALİBİ SEÇİLDİ

İqtisadiyyat
 22-03-2024, 16:28     239

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti Və İdarəetmə Xidməti “Zəngilan şəhərində yerləşən yaşayış məhəlləsinin tikintisi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Dia-az.info xəbər verir ki, tenderin qalibi “Protean Construction” ASC olub.
Bağlanmış müqaviləyə əsasən 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi işləri satın alınacaq.

Qeyd edək ki, “Crystal İnşaat” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.

Qalib şirkətlə 11 500 578 manat məbləğində müqavilə imzalanıb.
скачать dle 12.1