Bia.Az

SOCAR-ın iri şirkətinin idarə edilməsi Fərhan Əliyeva həvalə edildi – NAZİRLİKDƏN TRANSFER!

İqtisadiyyat
 26-02-2024, 16:19     403

Qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququna malik olan SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC-nin rəhbəri dəyişib.

Banker.az xəbər verir ki, Fərhan Əliyev Çingiz oğlu şirkətin baş direktoru təyin edilib.

O bu vəzifədə Fuad Əhmədovu əvəzləyib. F.Əhmədov isə xəbər verdiyimiz kimi SOCAR-ın vitse-prezidentinə müşavir təyin edilib.

Fərhan Əliyev 2008-2016-cı illərdə BP-də çalışsa da, son 8 ilə yaxın müddətdə Elm və Təhsil Nazirliyində departament direktorunun müavini idi.

Xatırladaq ki, “SOCAR Midstream Operations” şirkəti Azərbaycan Prezidentinin və SOCAR Prezidentinin göstərişi ilə qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil etmək məqsədilə, o cümlədən aşağıdakı məqsədlərlə 2015-ci ilin 1-ci rübündə SOCAR şirkətinin törəmə müəssisəsi kimi təsis edilib, 59.5 milyon manat nizamnamə kapitalı var.
скачать dle 12.1