Bia.Az

Əgər ölkədə istehsal varsa:Yağ niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...

İqtisadiyyat
 19-02-2024, 20:32     314

2024-cü ilin yanvar ayında Azərbaycana 5,4 milyon dollar dəyərində 1022 ton kərə yağı idxal edilib.

“Cebhe.info”-nun Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 6% və ya 347 min dollar azalıb, həcm baxımından isə 11% və ya 102 ton artıb.

Belə ki, 2023-cü ilin yanvar ayında Azərbaycana 5.7 milyon dollar dəyərində 920 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Hesabat dövründə, kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.48% təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin yanvar ayında ölkədə 2099 ton kərə yağı istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% azdır. Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 2 dəfə çox olub. İstehsalın çox olmasını nəzərə alsaq, ölkədə yağın qiyməti ucuzlaşa bilər.

Mövzu ilə bağlı “Cebhe.info”-ya iqtisadçı Natiq Cəfərli bildirib ki, kərə yağı bazarında çoxçeşidli məhsullar var:

“İstehsal olunan kərə yağlarının bir hissəsi daxili bazarı əhatə edir. Qalan hissəsi isə xaricdən qablaşdırılmamış halda idxal olunur. Qablaşdırma xərcləri və digər xərclər olduğundan, kərə yağının yalnız çeşidləri çoxdur. Qiymətlərində isə ucuzlaşma yoxdur. Bununla bağlı təəssüf ki, heç bir mexanizm tətbiq edilmədi. Yağın qiyməti ortalama 16-20 manat arasında təklif olunur. Bu da onu göstərir ki, yağ bazarında bolluq hələlik müşahidə olunmur”.

Ekspert yağın keyfiyyət məsələsinədə toxunub:

“Yağın keyfiyyətində müəyyən problemlər var. İstehlakçılar yağ alan zaman yağın keyfiyyətindən çox, qiymətinə fikir verirlər. Bəzi yağlar var ki, spredlərlə əvəzlənir, yağın tərkibində yağlılıq 60-70 faiz olur. Amma əslində 80 faizdən çox olmalıdır. Lakin təəssuf ki, bundan çox yağın qiymətinə fikir verirlər. Həmin yağların tərkibində başqa inqridiyentlər olduğu üçün yağın keyfiyyəti aşağı olur”.скачать dle 12.1