Azərbaycanda iş adamının 5 milyon avroluq şirkətləri bağlandı - TƏFƏRRÜAT
Azərbaycanda iş adamının 5 milyon avroluq şirkətləri bağlanıb.
İqtisadiyyat.az xəbər verir ki, söhbət "Kamar.az" MMC və "Sia baltic medical program az" MMC-dən gedir.
Belə ki, hər iki şirkət ləğv olunduğunu elan edib.
Qeyd edək ki, sözügedən hər iki şirkətin qanunu təmsilçisi Rəşad Hacıəliyevdir.
Hər iki şirkət ötən ilin iyulun 11-də dövlət qeydiyyatına alınıb. "Kamar.az"ın nizamnamə kapitalı 3 milyon avro, "Sia baltic medical program az"ın nizamnamə kapitalı isə 2 milyon avrodur.