Bia.Az

"Bax, gör, neynirsən..." - "Ölkədə bəzi auditorlar ciddi nəzarət olmadığı üçün qanunsuzluq edirlər"

İqtisadiyyat
 10-02-2024, 15:19     274

İlin əvvəlində Azərbaycanda 10 audit şirkətinin və 6 sərbəst auditorun lisenziyası müvəqqəti dayandırılıb. Bu barədə Auditorlar Palatasından bildirilib. Qeyd edilib ki, audit fəaliyyəti dayandırılan şirkətlər “Audit Planning and Strategy” MMC, "Bakinar Audit" MMC, "Capital Audit" MMC, "KF Audit" MMC, "East İnvest Finance and Accounting" MMC, “Max Audit” MMC, “Proqress Audit” MMC, “Rasional Audit” MMC, “Solutions Audit Services” MMC və “T. A. T Global Audit” MMC-dir. Şirkətlərin Auditorlar Palatası Şurasının üzvlük haqqını ödəmədiklərinə görə, fəaliyyətininə müvəqqəti məhdudiyyət qoyulub. Auditorlar Palatasına audit şirkətlərin illik üzvlük haqqı isə, 5972 manatdır.

Azərbaycanda audit şirkətlərinə inanmaq olarmı?

Bu, çox maraqlı bir sualdır. İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu biznes korrupsiyalaşmış bir biznesdir. ƏkrəmHəsənov əlavə edib ki, audit şirkətlərinin peşəkar fəaliyyət göstərməsinə nəzarəti Auditorlar Palatası edir.
Əkrəm Həsənov 
Əkrəm Həsənov

“Bu, təqribi belədir. Yəni real nəzarət demək olar ki, yoxdur. Çünki palatanın özünün normal mütəxəssisləri yoxdur. Auditorlar Azərbaycanda istədikləri qanunsuzluğu edirlər. Mən hamısını demirəm, amma əksəriyyəti belədir. Hər bir şirkət auditorunu özü seçir. Təbii ki, seçəndə də bir çox hallarda qabaqcadan deyir ki, “bunu belə yaz, onu elə yaz, yaxşı göstər vəziyyətimizi”-deyə Əkrəm Həsənov əlavə edib..

İqtisadçı bildirib ki, dünyada 4 böyük auditor şirkəti var. Bunlar “PriceWaterhouseCoopers”, “Deloitte”, “Ernst & Young” və “KPMG”-dir. Onların hamısı Azərbaycanda da fəaliyyət göstərir.

“Bunlar böyük dördlük sayılırlar. Bu şirkətlər adətən banklarda auditorluq edirlər. KPMG-ni götürək, bu Azərbaycanın ən böyük müflisləşən banklarının auditoru olub. “Bank Standart”, “Texnika bank” və s. Çox yaxşı da rəylər verilmişdi ki, “güya hər şey qaydasındadır”. Banklar isə bu şirkətin verdiyi rəydən sonra da müflisləşib. Yəni bu baxımdan bu, korrupsiyalaşmış bir biznesdir. Normal nəzarət də yoxdur”-deyə iqtisadçı vurğulayıb.скачать dle 12.1