Bia.Az

Pensiyalar 11,2 faiz artdı

İqtisadiyyat
 5-02-2024, 13:50     235

Fevralın 5-də sərəncam imzalayan prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyaları və pensiya kapitalı məbləğlərini indeksləşdirməyi tapşırıb. Pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə, pensiya kapitalı inflyasiya tempinə uyğun artırılır, yeniliklər yanvarın 1-dən tətbiq olunur.

2023-cü ildə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nəzərən 11,2 faiz, istehlak qiymətləri 8,8 faiz artıb.
Ölkədə minimum pensiya 280 manatdır.

Kişilər 65, qadınlar 63 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.скачать dle 12.1