Neftsiz ixracın lider məhsulları
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, 2023-cü ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2022-ci illə müqayisədə 9,8 faiz artaraq 3,3 milyard ABŞ dolları dəyərində rəsmiləşib.
Elektrik enerjisi ixracı hesabatda 402,5 milyon dollarla birinci, qızıl ixracı 162,8 milyon dollarla ikinci, pomidor ixracı 162 milyon dollarla üçüncü yerdə göstərilir.