Bia.Az

"Naxçıvan Çin və Türk dünyasının iqtisadi-səhiyyə-turizm "yük"ünü Avropaya daşıyan mərkəz olacaq"

İqtisadiyyat
 29-01-2024, 12:54     185

"XX əsrdə Qarabağın məşhur pambıq və xalçaçılıq sənəti, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə üzərindən Avropaya çıxmaq imkanı qazanacaq və tələbatdan asılı olaraq xalça, kilim kimi istehsalda mühüm mərkəzlərdən birinə çevrilə bilər. Qarabağ xalçaları və kilimləri Türkiyənin Antalya, İstanbul və İzmir kimi turizm mərkəzləri vasitəsilə qərb ölkələrindəki müştərilərə satış şansı qazanacaq. Türk dünyasının məhsulları Naxçıvan yolu ilə Avropaya çata bilər. Çin məhsulları da bu yol vasitəsilə uzunmüddətli perspektivdə daşına bilər".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb. Onun sözlərinə görə, bu iqtisadi əlaqə ilə Türk dünyasının sivil və elmi əlaqələri güclənəcək.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud 
Kərəm Qarabulud

“Bu dəhliz Türkiyə ilə Türk dünyası arasında turizm və tikinti sektorlarının inkişafına mühüm töhfə verəcək. Çünki nəqliyyat və daşıma xərcləri hər iki sektor üçün vacibdir. Açılacaq dəhliz nəqliyyat və daşıma xərclərini xeyli azaldacaq. Məsələn, Naxçıvandan Azərbaycana təyyarə ilə gediş-gəliş təxminən 3500 TL olduğu halda, dəmir yolu ilə bu rəqəm təxminən 1000 TL olacaq. Bu vəziyyət ciddi turizm fəaliyyətinə gətirib çıxaracaq. Naxçıvan-Azərbaycan dəhlizi Türkiyə üçün xüsusilə sağlamlıq turizmi baxımından əhəmiyyətli bir qazanc ola bilər. Naxçıvanın Şərqi Anadolu bölgəsindən səhiyyə xidmətlərinə ciddi tələbatı olacaq”-deyə Kərəm Qarabulud vurğulayıb. O, qeyd edib ki, dəhliz açılanda, Naxçıvan və Azərbaycandan səhiyyə xidmətlərinə tələbat artsa da, uzunmüddətli perspektivdə digər Türk Cümhuriyyətləri və İrandan da tələbat arta bilər.
“Bunun üçün belə bir təklif irəli sürülə bilər: İğdır vilayətində qurulacaq “azad səhiyyə zonası” ilə Türk Dünyası və İrandan gələn səhiyyə xidmətlərinə olan tələbat münasib qiymətlərlə qarşılanmalıdır. Bu infrastruktur qurulmayana qədər bu xidmət çox inkişaf etmiş bir sağlamlıq təchizatı infrastrukturuna malik Ərzurum vilayətində göstərilə bilər”-deyə Kərəm Qarabulud vurğulayıb.
Professorun fikrincə, Qars-İğdır-Naxçıvan-Azərbaycan dəmir yolu əlaqəsi uzunmüddətli perspektivdə Culfa-İran-Van dəmir yoluna qoşulduqda əhəmiyyətli sosial-iqtisadi potensial əldə ediləcək. Beləliklə, İranla ticarət potensialı da artacaq.скачать dle 12.1