Bia.Az

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 350-dən 1700 AZN-dək

İqtisadiyyat
 26-01-2024, 13:13     218

Qarabağ üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaranlara təklif olunan müxtəlif məvacibli işlərin siyahısı vətəndaşlarda böyük maraq doğurur.

İqtisadiyyat.az xəbər verir ki, bu məqsədlə BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinə müraciət edib.

Müraciət zamanı hazırda vətəndaşlara müxtəlif məvacibli işlərin təklif edildiyi üzə çıxıb.

İş axtaran hər kəs e-sosial.az portalı üzərindən “Əmək və məşğulluq“ altsisteminə (ƏMAS) daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.

Hazırda vakansiya bankında işğaldan azad olunan ərazilər üzrə aktiv vakansiya və iş imkanı mövcuddur. Vakansiyalar üzrə əməkhaqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə minimum məvacib ölkə üzrə təyin olunan minimum əməkhaqqı məbləğindən - 350 manatdan 1500 manatadək dəyişir.

  • İşəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir.
  • CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.
  • Vakansiyaya müraciət üçün CV-niz yoxdursa, www.cvyarat.az platforması vasitəsilə ödənişsiz CV hazırlaya bilərsiniz.
İşğaldan azad edilən ərazilər üzrə müxtəlif vakansiyaları təqdim edirik:скачать dle 12.1