Bia.Az

Bank statistikası

İqtisadiyyat
 23-01-2024, 12:50     158

Mərkəzi Bank yeni hesabatlar yayıb. Statistik bülletenə görə, 2024-cü il yanvarın 1-nə Azərbaycanda 23 milyard 183 milyon manat kredit, 12 milyard 947,8 milyon manat əmanət rəsmiləşib.

23 bankın cəmi aktivləri 49 milyard 178,2 milyon manat, cəmi öhdəlikləri 43 milyard 114,8 milyon manat göstərilir.

Qaytarılma vaxtı keçmiş kreditlərin məbləği yanvarın 1-nə 437,8 milyon manat olub.

2015-ci ilin əvvəlində problemli kreditlər 976,3 milyon manat məbləğində qərar tutub. Həmin ilin devalvasiyaları problemli kreditlərin artımına rəvac verib. 2016-cı ilin əvvəlində 1 milyard 508,5 milyon manat, 2017-ci ilin əvvəlində 1 milyard 472,6 milyon manat, 2018-ci ilin əvvəlində 1 milyard 626,7 milyon manat, 2019-cu ilin əvvəlində 1 milyard 585 milyon manat məbləğində problemli kredit rəsmiləşib.

2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.

2020-ci ilin əvvəlində ödəniş vaxtı keçmiş kreditlərin 1 milyard 273,1 milyon manat, 2021-ci ilin əvvəlində 893,1 milyon manat, 2022-ci ilin əvvəlində 719,4 milyon manat, 2023-cü ilin əvvəlində 593,7 milyon manat məbləğində olduğu açıqlanıb.скачать dle 12.1