Bia.Az

AFB Bank da çöküş astanasında - milyonlar və müştəriləri itirir...

İqtisadiyyat
 22-01-2024, 15:47     283

Ölkədə bankların bir hissəsi rentabelsiz işləməkdədir. Hazırda elə banklar var ki, bağlanmaq təhlükəsi ilə üzləşib. Anaxeber.info məlumat verir ki, onlardan biri kimi AFB Bank göstərilir. AFB Bank 2023-ci ili 7 milyon 652 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci ilə nisbətən 29,7%, yaxud da 3 milyon 232 min manat azdır.

Ötən il “AFB Bank”ın gəlirləri 30,332 milyon manat (əvvəlki illə müqayisədə 2,3% çox), xərcləri 23,733 milyon manat (18,9% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 3,528 milyon manat (9,5% az) təşkil edib.


Hesabat dövrünə “AFB Bank”ın aktivləri 330,668 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 17,1% çoxdur. Bunun 162,098 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 8,4% böyüyüb.


2023-cü ildə “AFB Bank”ın öhdəlikləri 25,7% artaraq 249,998 milyon manata, o cümlədən depozit portfeli 44,8% artaraq 168,256 milyon manata çatıb, balans kapitalı isə 3,4% azalaraq 80,669 milyon manata düşüb. Göründüyü kimi, rəqəmlər fərqlənir, balans kapitalı da azalıb, xalis gəlir də. Bu da sözügedən bankın rentabelsiz fəaliyyət göstərməsinə işarə edir. Eyni zamanda, müştərilərin AFB Banka ilbəil etimadının, inamının azalması buna mənfi təsir edir. Həmçinin, istənilən kommersiya strukturu, xüsusən də bank müştəri üçün yeniliklər etməli, kredit faizlərini aşağı salmalı, cəlbedici və kredit təkliflər, kampaniyalar irəli sürməlidir. Ümumiyyətlə, hər bir bank əlçatan, müştəri üçün maraqlı olmalıdır. Lakin AFB Bank bu baxımdan getdikcə geriləyir.

Anaxeber.info
скачать dle 12.1