Bia.Az

Azərbaycan hansı ölkələrə neft satır?

İqtisadiyyat
 22-01-2024, 13:11     144

2023-cü ildə Azərbaycandan 16,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, İsrail, Hindistan, Almaniya, İspaniya, Çexiya, Türkiyə, Xorvatiya, Yunanıstan, Böyük Britaniya, Rumıniya, İrlandiya, Vyetnam, Portuqaliya, Avstriya, İndoneziya, Fransa, Sinqapur, Tunis, Malayziya, Avstraliya, Tailand.

2023-cü ildə Azərbaycanda kondensatla birgə 30,2 milyon ton neft çıxarılıb.

Yanvarın 19-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 84,44 dollara satılır.

Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. Beynəlxalq razılaşma 2024-cü il üçün gündəlik hasilat həddini 551 min barrel müəyyən edib.скачать dle 12.1