Bia.Az

Gələnlər 30,2 faiz, gedənlər 25,5 faiz artıb

İqtisadiyyat
 19-01-2024, 10:49     190

2023-cü ildə Azərbaycana 187 ölkədən 2 milyon 85,8 min əcnəbi gəlib, 2022-ci illə müqayisədə 30,2 faiz artım qeydə alınıb. Rəsmi statistikaya görə, gələnlərin 30 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,6 faizi Hindistan, 5 faizi Gürcüstan, 3,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Özbəkistan, 1,5 faizi Ukrayna, qalanları başqa ölkələrin vətəndaşlarıdır.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının 2022-ci illə müqayisədə 25,5 faiz artaraq 1 milyon 868,7 min nəfərə çatdığı bildirilir: “Onların 43,6 faizi Türkiyəyə, 21,5 faizi Rusiyaya, 9 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,3 faizi başqa ölkələrə səfər edib”.скачать dle 12.1