Bia.Az

Orta maaş hesabatı

İqtisadiyyat
 18-01-2024, 12:45     260

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü il dekabrın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqı 923,1 manata çatıb, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:

mədən sənayesi – 3339,4 manat;
maliyyə və sığorta fəaliyyəti – 2308,1 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1541,4 manat;
informasiya və rabitə – 1493,9 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1317 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1264,8 manat;
tikinti – 1051,2 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 956,9 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 882,3 manat;
emal sənayesi – 836,7 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 798,2 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 720,9 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 718,1 manat;
təhsil – 708,5 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 691,1 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 627 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 555,2 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 546,2 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1078 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 345 manatdır.скачать dle 12.1