Bia.Az

Məcnun Məmmədovun yarımçıq “islahat”ları

İqtisadiyyat
 13-01-2024, 02:24     255

Məcnun Məmmədovun Kənd Təsərrüfatı Naziri təyin edilməsindən 10 ay keçməsinə baxmayaraq, qurumda ciddi islahatlara başlaya bilməyib.

Bu üzdən onun da digər nazirlər kimi növbədənkənar prezident seçkilərindən sonra yola salınacağı gözlənilir.

Məlumatı “Azfakt.com” yayıb.

Nazirlikdəki mənbə isə sayta deyib ki, Məcnun Məmmədovun işləyə bilməməsinin əsas səbəbi nazirliyin müxtəlif sahələrində illərlə kök salmış qruplaşmaların olmasıdır.

Bundan başqa, bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi təşkilatların rəhbərləri müxtəlif təzyiq vasitələri ilə naziri yeni qərarların qəbulunda onlarla hesablaşmağa vadar edir.

Məcnun Məmmədovun qərarlarına təsir edən məmurlardan birinin də nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov olduğu iddia edilir.

Bildirilir ki, Fuad Sadıqov hazırkı vəzifəsi ilə razılaşmır, KTN-də yaradılacağı gözlənilən birinci müavin postuna hazırlaşır.

Fuad Sadıqov 2009-2016-cı illərdə AzSığorta və Milli Depozit Mərkəzi QSC-lərdə İdarə Heyətinin sədr müavini, 2019-2020-ci illərdə isə Aqrolizinq ASC-də İdarə Heyəti Sədrinin müavini vəzifəsində olub.

Fuad Sadıqov 2020-ci ildən indəyək Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışır.

Aqrar Sığorta Fondu Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə yaradılıb.

Fondun yaradılmasında əsas məqsəd kənd təsərrüfatı sahəsində çalışan insanlara dəstək olsa da, qurum ötən illər ərzində özünü doğrultmadığı söylənilir.скачать dle 12.1