Bia.Az

“Azəristiliktəchizat” ASC qiymətləri artırıb? – AÇIQLAMA

İqtisadiyyat
 12-01-2024, 11:58     173

Sosial şəbəkələrdə “Azəristiliktəchizat” ASC-nin xidməthaqqını artırdığına dair məlumat yayılıb. İddia edilib ki, ötən illə müqayisədə bu il ödəniş 50 faiz artırılıb.

Mövzu ilə bağlı Globalinfo.az “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanlayıb.

Qurumdan artım olmadığı bildirilib:

“Heç bir tarif dəyişikliyi olmayıb. Əvvəl olduğu kimi, bu gün də istiliyin tarifk 1 kv.m sahəyə görə 15 qəpikdir 2023-cü ilin sentyabr ayında Nazirlər Kabineti tərəfindən istilik enerjisinin istifadə qaydaları təsdiq edildi. Həmin qaydalarda da göstərilir ki, istilik tarifləri hesablanarkən ümumi yaşayış sahəsi nəzərə alınır. Ümumi yaşayış sahəsi dedikdə isə mənzilin açıq eyvanlarından başqa bütün sahəsi nəzərdə tutulur. Yalnız bu hesablamalar zamanı qiymət fərqi ortaya çıxa bilir, amma hər hansısa bir tarif artımı olmayıb”.скачать dle 12.1