Bia.Az

Azərbaycan Rusiyaya 1,5 milyon ədəd yumurta göndərdi

İqtisadiyyat
 11-01-2024, 16:19     218

Azərbaycan Rusiyaya 306 min yumurta tədarük edib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilir ki, yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya daha 18,63 ton (306 min ədəd) yumurta gətirilib.

Bununla da ölkəmizdən Rusiyaya 1,5 milyon yumurta (90,63 ton) ixrac edilib.скачать dle 12.1