Bia.Az

Natiq Cəfərli: Vergi Məcəlləsinə edilən dəlirlərin vergidən azad olunması qanuniləşdi

İqtisadiyyat
 2-01-2024, 19:07     235

Yanvarın 1-dən əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına görə əldə olunan gəlirlər vergidən azad edilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV kəşbek) görə əldə olunan gəlirlər gəlir vergisindən azad edilib.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.

"ƏDV geri al" proqramının  uzun müddətdir  fəaliyyət göstərdiyini xatırladan iqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki, qanunvericilikdə əks olunmasa da, əhali buradan əldə etdiyi gəlirdən indiyə qədər də vergi ödəmirdi.Bu barədə "Sherg.az"a danışan iqtisadçı qeyd edib ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşdi və hüquqi bazası formalaşdırıldı:

 "Bu da həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənsinə imkan verəcək. Heç bir halda bu gəlirlər artıq vergiyə cəlb edilməyəcək.

Yəni, bu sahəni stimullaşdırmaq üçün 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu. İndi isə  bu gəlirdən heç bir vergi tutulmaması ilə bağlı qərar qanunvericiliyə salınır. Yəni praktik olaraq heç bir dəyişiklik yoxdur. Sadəcə real həyatda olan prosesin qanunvericilikdə öz əksini tapmasının şahidi oluruq”.
скачать dle 12.1