Bia.Az

Valyutaların ili - Xarici valyutaların rəsmi məzənnələri 2023-cü ildə necə dəyişib?

İqtisadiyyat
 30-12-2023, 13:48     239

BİA.az xəbər verir ki, Novator.az xarici valyutaların rəsmi məzənnələrinin 2023-cü ildə necə dəyişməsinə nəzər salıb.

Avronun yuxarı kursu yanvarda 1,8553, fevralda 1,8735, martda 1,8534, apreldə 1,8818, mayda 1,8837, iyunda 1,8680, iyulda 1,9128, avqustda 1,8692, sentyabrda 1,8439, oktyabrda 1,8072, noyabrda 1,8707, dekabrda 1,8888 manat olub.

Gürcüstan larisinin qiyməti yanvarda 0,6442, fevralda 0,6481, martda 0,6654, apreldə 0,6805, mayda 0,6856, iyunda 0,6552, iyulda 0,6622, avqustda 0,6521, sentyabrda 0,6504, oktyabrda 0,6382, noyabrda 0,6317, dekabrda 0,6379 manatı ötməyib.

Rusiya rublunun maksimum həddi yanvarda 0,0250, fevralda 0,0244, martda 0,0227, apreldə 0,0219, mayda 0,0223, iyunda 0,0211, iyulda 0,0192, avqustda 0,0185, sentyabrda 0,0181, oktyabrda 0,0183, noyabrda 0,0193, dekabrda 0,0191 manat göstərilib.

Türkiyə lirəsində zirvə yanvarda 0,0908, fevralda 0,0904, martda 0,0902, apreldə 0,0886, mayda 0,0874, iyunda 0,0819, iyulda 0,0655, avqustda 0,0641, sentyabrda 0,0637, oktyabrda 0,0620, noyabrda 0,06, dekabrda 0,0588 manat olub.

Mərkəzi Bank 2015-ci ilin devalvasiyalarında ABŞ dollarının kursunu 0,7844 manatdan 1,5594 manata yüksəldib. 2016-cı ili 1,7707 manat, 2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.

Manat valyuta hərraclarında qorunur. Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin 11 ayında keçirdiyi valyuta hərraclarında 2 milyard 539,5 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 188,5 milyon, fevralda 356,6 milyon, martda 383,9 milyon, apreldə 286 milyon, mayda 277,2 milyon, iyunda 78,9 milyon, iyulda 272,7 milyon, avqustda 93,9 milyon, sentyabrda 164,5 milyon, oktyabrda 202,6 milyon, noyabrda 234,7 milyon dollar alınıb.

Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard dollar göstərilib.скачать dle 12.1