Bia.Az

Neft Fondunun büdcəsi təsdiqləndi

İqtisadiyyat
 27-12-2023, 15:58     246

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2024-cü il büdcəsini təsdiqləyib.

Fondun gəlirləri 12 milyard 73,2 milyon manat, xərcləri 12 milyard 900,2 milyon manat göstərilir.

Xərc istiqamətləri belə rəsmiləşib: 2024-cü ilin dövlət büdcəsinə köçürmə – 12 milyard 781 milyon manat; ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması proqramı – 33,5 milyon manat; gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları proqramı – 47,4 milyon manat; fondun idarə edilməsi xərcləri – 38,2 milyon manat.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. 2023-cü il oktyabrın 1-nə qurumun aktivləri 55 milyard 524 milyon ABŞ dollarına bərabər olub.


BİA.az


скачать dle 12.1