Bia.Az

Turizmin 11 ayı - HESABAT

İqtisadiyyat
 22-12-2023, 23:40     230

BİA.az xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 186 ölkədən 1 milyon 893 min əcnəbi gəlib. Rəsmi məlumata görə, onların 30,5 faizi Rusiya, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,3 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 4 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, qalanları başqa ölkələrin vətəndaşıdır.

11 ayda 1 milyon 709,4 min nəfər Azərbaycan vətəndaşının xaricə səfər etdiyi, onların 44 faizinin Türkiyəyə, 21,3 faizinin Rusiyaya, 9 faizinin Gürcüstana, 7,6 faizinin İrana, 18,1 faizinin başqa ölkələrə yollandığı bildirilir.

Hesabatı Dövlət Sərhəd Xidmətinə istinadla Dövlət Statistika Komitəsi yayıb.

BİA.az
скачать dle 12.1