Bia.Az

Azərbaycanda valyuta hərracında dollara tələb artıb

İqtisadiyyat
 30-04-2020, 13:13     465

Azərbaycanda valyuta hərracında dollara tələb artıbBu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“bia.az” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumatda ABŞ dollarına tələb aprelin 28-nə nisbətən 11,3 milyon ABŞ dolları və yaxud təxminən 19,5% artaraq 69,2 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.скачать dle 12.1