Bia.Az

Banklara əhali axını gözlənilir: Bəs, epidemioloji vəziyyət...? - GƏLİŞMƏ

İqtisadiyyat
 25-04-2020, 16:42     99

Banklara əhali axını gözlənilir: Bəs, epidemioloji vəziyyət...? - GƏLİŞMƏXüsusi karantin rejimindən dolayı işsizlər üçün ayrılmış iki aylıq birdəfəlik ödəmələr iki mərhələdə həyata keçirilir. Belə ki, vətəndaşlar aprel ayının ödənişini (190) nağd şəkildə alsalar da, may ayının 190 manatı onların bank hesablarına köçürülücək.

"Bu pulları alan vətəndaşlardan xahiş edirəm ki, ikinci ödəniş üçün bank hesabları açsınlar", – Prezident İlham Əliyev hökumət üzvləri ilə müşavirəsi zamanı deyib.

Bu qərarın müsbət tərəflərinə toxunan iqtisadçılar qeyd edirlər ki, 600 min vətəndaşa dövlət yardımının bank hesabı vasitəsilə həyata keçirilməsi nağdsız ödəniş sisteminin daha da genişlənməsinə xidmət edir. Deməli, müvafiq strukturlar, banklar bu prosesin operativ həyata keçirilməsi üçün bütün imkanları yaratmalıdır.

Ancaq bu məsələdə başqa nüanslar da var. Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz AYNA-ya açıqlamasında bildiri ki, bu istiqamətdə bir sıra məsələlər həllini tapmayıb. Birinci məqam kimi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə Dövlət Vergi Xidmətinin (DVX) elektron sistemləri arasında uyğunsuzluq olduğunu qeyd edib.

“Dövlət yardımı alanların sayının artırılmasına yönəldilmiş müsbət addımlara baxmayaraq, ƏƏSMN-ə məxsus əmək müqavilələrinin qeydiyyatı sistemində işsizlər bəzən aktiv işçilər kimi göstərilir, çünki müqavilələri ləğv edilmir. Bu səbəblə faktiki olaraq işsiz olanlara maddi dəstək verilmir. Eyni zamanda, başqa bir dövlət sisteminə - Dövlət Vergi Xidmətinə aid olan icbari sosial sığorta sistemində bir vətəndaşın adına sığorta ödənişləri olmur, yəni əslində işsizdir. Düşünürəm ki, bu cür uyğunsuzluqlar dövlət informasiya sistemlərində yer almamalıdır. Müvafiq dövlət qurumları təcili olaraq bu uyğunsuzluqları aradan qaldırmalı və sistemləri birləşdirməlidir. Bu, işsizlərin vəziyyətini aydınlaşdırmağa kömək edəcək”, - O.Gündüz vurğulayıb.

Ekspert xatırladıb ki, bir müddət əvvəl dövlət başçısı dövlət məlumat bazalarının inteqrasiyası ilə bağlı sərəncam imzalayıb: “Lakin bu istiqamətdə problemlər qalmaqdadır. Bu baxımdan, inteqrasiya üçün cavabdeh olan qurumlar koordinasiyanı gücləndirməlidir”.

Yuxarıda qeyd edildiyi kimi, may ayı üçün ödənişlər bank köçürmələri formatında aparılacaq. Vəsaitlər dövlət tərəfindən yalnız bank köçürmələri şəklində ayrılır və buna görə maliyyə yardımı üçün müraciət edən bir müəssisənin, o cümlədən mikro sahibkarların belə bir hesabı olmalıdır. Bununla birlikdə, təcrübəmizdə bir çox kiçik sahibkarlıq subyektləri, deyək ki, bərbərlər, kiçik iaşə müəssisələri nağd şəkildə əməliyyat aparırlar ki, bu da yaxın gələcəkdə dövlət yardımı alıcılarının bank hesabları ilə bağlı banklara ciddi axın olacağı gözlənilir. Bunun isə epidemioloji vəziyyətə necə təsir edəcəyi bilinmir.скачать dle 12.1