Bia.Az

ABŞ strateji ethiyatları üçün 6 milyon barel neft aldığını açıqladı: Neft bazarında qiymətlər artdı

İqtisadiyyat
 8-07-2023, 12:03     689

ABŞ Energetika Nazirliyi dövlətin strateji neft ehtiyatlarını artırmaq üçün 6 milyon barel neft alacağını açıqlayıb.Nazirliyin bununla bağlı yaydığı açıqlamada qeyd olunur ki, bu həcmdə neft oktyabr-noyabr aylarında çatdırılacaq.

Qeyd edək ki, bu, ABŞ nazirliyinin strateji ehtiyatlar üçün aldığı 3-cü partiya neftdir. Bundan əvvəl ümumilikdə 6,3 milyon barellik iki müqavilə 1 barel üçün 72,67 dollardan bağlanıb.

Xatırladaq ki, ötən ilin martında Prezident Co Baydenin əmri ilə daxildə benzin qiymətlərindəki bahalaşmanın qarşısını almaq üçün strateji ehtiyatlardan 180 gün ərzində gündə 1milyon barel neft satılıb. Bir bareli 95 dollardan satılan bu həcmlərin yerini doldurmaq üçün müqavilələr 72-73 dollardan bağlanır ki, bu da dövlətin əlavə gəlir qazanmasını şərtləndirir.

ABŞ Energetika Nazirliyinin açıqlaması cümə günü axşam hərraclarında neft qiymətlərinin 2 dollara yaxın bahalaşmasına səbəb olub. Brent nefti 79 dollara yaxın satılıb.

Azərbaycanın dünya bazarına çıxardığı AzeriLight neftinin 1 bareli isə 2,48 dollar bahalaşaraq 81.79 dollara ticarət olunub.скачать dle 12.1