Bia.Az

Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıb

İqtisadiyyat
 24-04-2020, 17:39     406

Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatları artıbÖtən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1 milyard ABŞ dolları, yaxud 1,1% azalaraq 87,9 milyard ABŞ dolları təşkil edib.

"bia.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 34 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,1 milyard ABŞ dolları, yaxud 3,3% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,1 milyard ABŞ dollar, yaxud 3,7% azalaraq 54 milyard ABŞ dolları təşkil edib.скачать dle 12.1