Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdi
Muğan Bank ASC-yə 2 yeni səhmdar gəlib.
Axar.az Report-a istinadən xəbər verir k ki, bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevlərdir.
Onların hər biri Bankda 40% pay əldə edib.
Əvəzində digər səhmdarların payı azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74%-dən 0,78%-ə, Fəridə Mehdiyevanın payı 21,61%-dən 10,89%-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65%-dən 8,33%-ə düşüb.
Beləliklə, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 137,5 milyon manatdır.