Bia.Az

Rusiya: gəlir azalır, xərc artır

İqtisadiyyat
 11-05-2023, 19:40     836

Rusiyanın Maliyyə Nazirliyi büdcə hesabatı yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2023-cü ilin yanvar-aprel aylarında büdcəyə 7,8 trilyon rubl daxil olub (ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz az), büdcədən 11,2 trilyon rubl xərclənib (ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz çox).

Dörd aylıq büdcə kəsiri 3,42 trilyon rubl göstərilir. Proqnozda büdcə kəsirinin illik həddi 2,9 trilyon rubldur.


Hesabatda yanvar-aprel aylarında Rusiyanın neft və qaz satışından gəlirinin ötən ilin eyni dövrünə nəzərən 52 faiz azaldığı qeyd olunur.


Ukraynaya təcavüzə görə dünya birliyi 2014-cü ildən başlayaraq Rusiyaya 13 mindən çox sanksiya tətbiq edib.скачать dle 12.1